AZ

RƏSMİ ANKARA ABŞ-ı TƏKZİB ELƏDİ: "Hər hansı anlaşma yoxdur, bu açıqamanın "dil sürüşməsi" olduöunu düşünürük"

"ABŞ-ln açıqlaması həqiqəti əsk etdirmir. Terror təşkilatı ilə görüşdən söhbət gedə bilməz".
 
Mia.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu, Türkiyə Mili Müafiə Nazirliyinin ABŞ Dövlət Departamentinin sözçüsünün Türkiyə ilə terror təşkilatı PKK/YPG/SDF arasında atəşkəslə bağlı razılaşma əldə edildiyinə dair verdiyi açıqlamaya cavabda qeyd olunub.

Nazirlik birmənalı bu iddianı rədd edib: “Türkiyə olaraq bizimlə görüş mövzusu belə olmaylb. Biz departamentin terror təşkilatı ilə əlaqədar  şərhini "dil sürüşməsi" olduğunu düşünürük".

Nazirlikdən bildirilib ki, Əsəd rejiminin devrilməsindən sonra Suriya artıq yeni bir dövrə qədəm qoyub: "Türkiyə ən başından Suriya xalqının yanında olub. Qapılarını qaçan milyonlarla suriyalıya açıb. Türkiyə dünən olduğu kimi bu gün də Suriya xalqının yanındadır və Suriyanın ərazisi bütövlüyünü təmin etmək üçün əlindən gələni etməyə davam edir və edəcəyik. Bu məqsədlə ölkəmizin və Suriyanın təhlükəsizliyinə təhdid yaradan terrorçu qrupların atdığı hər bir addım diqqətlə izlənilir, qabaqlayıcı və dağıdıcı tədbirlər görülür. Bir daha vurğulayırıq ki, bölgədəki terror təşkilatlarına qarşı mübarizə ilə bağlı mövqeyimiz dəyişməz və davamlıdır".

MN Suriya Milli Ordusu ilə birgə YPG/PKK qüruplaşmasına qarşı yeni əməliyyat siqnalı da verib: "Hazırlıqlarımız davam edir".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
13
mia.az

1Mənbələr