AZ

ABŞ polisi əhaliyə xəbərdarlıq etdi

ABŞ-ın Florida ştatında polisi küçələrdə gəzən meymunlarla bağlı əhaliyə xəbərdarlıq edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki,  küçələrdə dolaşan meymunlarla bağlı təhlükəsizlik qüvvələrinə çoxsaylı şikayətlər daxil olub.

Polis meymunlarla təmasda olmamaq və onları tutmamaq barədə əhaliyə xəbərdarlıq edib.

Açıqlamada meymunların insanlara zərər verə biləcəyi və ya xəstəlik daşıya biləcəyi bildirilib.

Polis  ərazidə meymunla rastlaşdıqda kömək üçün Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasına (FWC) müraciət edilməsini tövsiyə edib. 

Şəbnəm Mehdizadə

Seçilən
31
e-huquq.az

1Mənbələr