AZ

Gürcüstanda yeni seçkilərin təyin edilməsi ilə bağlı petisiyaya başlayıb - minlərlə şirkət aksiyaya qoşulur

Gürcüstan şirkətləri yeni seçkilərin təyin edilməsi ilə bağlı petisiyaya qoşulub. Belə ki, yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə müraciətə qoşulan gürcü şirkətlərinin sayı mini keçib.

“Freebusiness” platforması dekabrın 15-də işə salınıb. Aksiyaya yeni seçkilərin təyin edilməsini və Avropayönlü etirazların həbsdə olan iştirakçılarının azad edilməsini müdafiə edən iş adamları da qoşulur. İştirakçılar arasında telekommunikasiya operatoru “MagtiCom”, “McDonald's Georgia”, “Coca-Cola”nın gürcü istehsalıçısı, “SPAR Georgia” supermarketlər şəbəkəsi və başqaları var. Hələlik yanacaq və oyun biznesinə aid şirkətlər aksiyaya qoşulmayıb.

Hazırda platforma iştirakçılarının sayı 1073 nəfərdir. Daha 900-ə yaxın müraciətə baxılır.

Ülviyyə, Hurriyyet.az

Seçilən
21
hurriyyet.az

1Mənbələr