AZ

Müştərinin kartından oğurlanan vəsaiti “Kapitalbank” geri qaytarmayacaq – YALNIZ BU HALDA …

Müştərinin günahi ucbatından kartdan vəsait çəkilərsə, bu zaman “Kapitalbank” oğurlanan vəsaitləri geri qaytara bilmir.    

FED.az xəbər verir ki, bunu bankın 11 aylıq maliyyə göstəriciləri ilə bağlı keçirilən mətbuat konfransında İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Cavid Mirzəyev bildirib.

İnzibatçının sözlərinə görə, kartdakı itkilər iki cür baş verir - müştəri günahi ucbatından və müştərinin günahı olmadan. Vəsasitlərin geri qaytarılması ilə bağlı  “Cahrge back” təcrübəsi var ki, bundan həm “Master Card” və “Visa Card” sistemləri istifadə edir. Müştərinin kartından vəsait çıxarıldığı halda biz “Master Card” və “Visa Card” sisteminə müraciət edirik. Sistemdə bəlli bir prsess var ki, bu da təxmini 40 gün davam edir. Qiymətləndirmə aparılır, əgər proses müştərinin günahı olmadan baş veribsə itirilən vəsait geri qaytarılır.  

Lakin bizim təcrübədə gördüyümüz odur ki, əsasən müştərilər öz kart məlumatlarını telefona gələn 4 rəqəmli SMS kodunu üçüncü tərəfə ötürülər. Belə olan halda vəsaitlər tam təhlükəsiz kanal vasitəsi ilə kartdan çıxarılır və müştərinin günahi ucbatından baş verdiyinə görə Kapitalbank itirilən vəsaiti geri qaytara bilmir”.    

 

 

 

 

phrase_var_article.chosen
29
fed.az

1phrase_var_article.sources