AZ

Mikola Knyajitski: “Bu qərar həm tatarlar, həm də Ukrayna üçün çox vacibdir”

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, dünən Çexiya Senatı Baş Assambleyasında 18 may 1944-cü ildə baş vermiş Krım tatar sürgününün soyqırım kimi tanınması barədə qərar qəbul edib.

Hafta.az-ın yazdığına görə, səsvermədən sonra ukraynalı deputat Mikola Knyajitski bildirib ki, hazırda müstəqillik uğrunda və rus işğalçılarının soyqırımına qarşı mübarizə aparan Ukrayna xalqı təkcə özü üçün deyil, əsrlər boyu rus soyqırımına məruz qalan Krım tatar xalqı üçün də savaşır.  

“Ona görə də , Çexiya Senatında keçirilən bu səsvermə həm Krım tatar xalqı, həm də Krımın gələcəyi üçündür. Bu, Ukrayna üçün də böyük əhəmiyyət kəsb edir. Eyni şəkildə "Ukraynasız Ukraynadan danışa bilməzsiniz" yanaşmasını qəbul etdik. Eynilə “Krım tatarları olmadan Krım haqqında danışmaq olmaz” yanaşması da qaydaya çevrilməlidir ki, onların öz torpaqlarında hüquqları qorunsun. Biz əmin olacağıq ki, Ukraynada işğalçı geri çəkiləcək və haqsızlığa məruz qalan hər bir ukraynalı, Krım tatarının hüquqları bərpa olunacaq. Bu səs Krım tatar xalqının və hər bir Ukrayna vətəndaşının gələcəyi üçün çox mühümdür”, - deyib Ali Radanın deputatı.

Xatırladaq ki, Çexiya 18 may 1944-cü ildə Krım tatar sürgününü soyqırım kimi tanıyan 7-ci ölkə oldu. Krım tatar sürgünü ilk dəfə 2015-ci ildə Ukrayna Parlamenti tərəfindən soyqırım kimi tanınıb. Bu acı qətliam 2019-cu ildə Latviya və Litva parlamentləri, 2022-ci ildə Kanada parlamentinin aşağı palatası olan İcmalar Palatası, 2024-cü ilin iyulunda Polşa parlamentinin aşağı palatası Seym və 2024-cü ilin oktyabrında Estoniya parlamenti tərəfindən soyqırım olaraq tanınıb.

phrase_var_article.chosen
14
hafta.az

1phrase_var_article.sources