Hurriyyet.az xəbər verir ki, "Ənsar Allah" təşkilatının ötən gecə yəhudi dövlətinə hücumlarından danışan İsrailin müdafiə naziri İsrael Kats Yəməndə hakimiyyətdə olan husiləri təhdid edib, hücumların davam edəcəyi təqdirdə, İsrailin əlinin hərəkatın liderlərinə qədər "uzanacağını" bildirib.
Nazir X şəbəkəsindəki videomüraciətində deyib: "Husilərin terror təşkilatının liderlərinə xəbərdarlıq edirəm: İsrailin uzun əli sizə də çatacaq. Kimsə İsrail dövlətinə əl qaldırsa, həmin əl kəsiləcək".
Hürr Tərcüman