Almaniyanın Kiel şəhərində Çin vətəndaşı hərbi dəniz bazası ərazisində saxlanılıb. Prokurorluq həmin şəxsdən casusluqda şübhələnir. Bu barədə “Reuters” xəbər verir.
Qeyd olunur ki, həmin şəxs dekabrın 9-da Hərbi Dəniz Qüvvələrinin bazasında kamera ilə saxlanılıb. Prokurorluq onu hərbi obyektlərin fotolarını çəkməkdə ittiham edir. Şlezviq-Holşteyn cinayət axtarış departamentinin sözçüsü Carola Jeschke, "Dəniz limanında tapılan çinli ilə bağlı açıq araşdırmamız var" deyib.
İstintaq Asiya ölkəsinin sürətlə inkişaf edən avtomobil sənayesinin Almaniyanın iqtisadi dayağı üçün getdikcə daha güclü rəqibə çevrildiyi bir vaxta təsadüf edir.
Oxuməni.az