AzVision.az xəbər verir ki, Vladimir Putinə hazırda dünyada baş verənlər və bu hadisələr fonunda Rusiyanın “su üzündə qalmağı və hətta inkişafını necə davam etdirməsi” ilə bağlı sual ünvanlanıb.
“Bilirsiniz, hər şey sakit, ölçülüb-biçilmiş, sabit olanda biz darıxırıq - durğunluqdur, hərəkət istəyirik. Hərəkət başlayan kimi gicgahımızda hər şey fit çalır: saniyələr və güllələr, təəssüf ki, indi hətta güllələr də fit çalır - biz çox qorxuruq. Dəhşət, dəhşət, dəhşət”,- Rusiya prezidenti deyib.
Qeyd edək ki, bu gün Moskvanın “Qostinıy Dvor” binasında Putinin 2024-cü ildə böyük yekun mətbuat konfransı ilə birləşdirilmiş ictimaiyyətlə canlı xətti keçirilir.
Onun ünvanına daxil olan sualların sayı iki milyonu keçib. Bir gün əvvəl, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin birbaşa xəttə hazırlığının gərgin olduğunu deyib. Putin özü isə daxil olan müraciətləri“vaqon və kiçik araba dolu problem”kimi qiymətləndirib.
Sahil İsgənədrov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta