Əgər ABŞ və Avropa İttifaqı (Aİ) ticarət müharibəsinə başlayarsa, bu müharibədə yeganə qalib Çin olacaq.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu fikri Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə keçirilən Aİ sammitinə gələrkən bildirib.
Onun sözlərinə görə, nə Aİ, nə də ABŞ ticarət müharibəsində maraqlı deyil.
"Ticarət müharibələrində qalib olmur. Əgər biz ABŞ ilə ticarət müharibəsinə başlasaq, bu amerikalılar üçün də faydalı olmayacaq", - K.Kallas əlavə edib.
Daha əvvəl “The Washington Post”un yaydığı məlumata görə, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın tətbiq etmək niyyətində olduğu rüsumlar Aİ ölkələrinə ciddi iqtisadi ziyan vura bilər. Bu, Aİ-ABŞ münasibətlərinə mənfi təsir göstərəcək. Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard isə bildirib ki, Avropa liderləri ticarət müharibəsindən qaçmaq üçün Trampın başçılıq etdiyi yeni administrasiya ilə tariflərlə bağlı məsələdə əməkdaşlıq etməli və ABŞ-də istehsal olunan daha çox mal almalıdırlar.