Rusiya Prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı başlayıb.Bu il mətbuat konfransı ilə “Birbaşa xətt” birlikdə keçirilir.
Rusiya lideri vətəndaşların və media nümayəndələrinin suallarını cavablandırır.
“AzPolitika” Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə sakinlərinə də prezidentə sual verməyə imkan yaradılıb.
Mətbuat konfransı başlayana qədər onlayın rejimdə Putinə artıq 1,7 milyon sual ünvanlanıb.
“Sualların əksəriyyəti müharibə ilə bağlıdır”, - Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Tədbirin moderatorları “Birinci Kanal”ın hərbi müxbiri Dmitri Kulko və “Rossiya 24” telekanalının aparıcısı Aleksandra Suvorovadır.
“AzPolitika.info”