"Liverpul"un baş məşqçisi Arne Slot "qırmızılar"ın italiyalı hücumçusu Federiko Kyezadan danışıb.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin İngiltərə Liqa Kubokunun 1/4 finalında "Sauthempton"a qarşı mübarizə aparan oyunçu barədə dediklərini klubun rəsmi saytı belə çatdırıb:
"Beş-altı ay oynamayan futbolçudan çox şey gözləmək olmaz. Amma Kyezanın çıxışı xoşuma gəldi. Bir neçə yaddaqalan an oldu. Bəzi məqamlarda düşündüm ki, Fede daha artığını bacara bilər, lakin bu, tam normaldır. Kyeza uzun müddət kənarda qalıb. Onu formaya salmaq asan iş deyil. Hərçənd "Sauthempton"la görüşdə özünü yaxşı tərəfdən göstərməsi xoş oldu".
Xatırladaq ki, Kyeza "Liverpul"a bu ilin yayında "Yuventus"dan keçib.
Nihat