AZ

Bloger 4-cü mərtəbədən yıxıldı – vəziyyəti ağırdır… – VİDEO

İstanbulda yaşayan iranlı sosial media fenomeni Sara Mohseni evinin 4-cü mərtəbəsindən yıxılıb.

Medianews.az xəbər verir ki, iki yaşlı qızı ilə birlikdə İstanbulda yaşayan Mohseni gecə saatlarında evinə taksi ilə qayıdıb.

Naməlum səbəblərdən qısa müddət sonra o, evinin pəncərəsindən yıxılıb.

Hadisəni görən yaxınlıqdakı sakinlər dərhal xilasetmə qruplarına və polisə məlumat veriblər. Hadisə yerinə gələn təcili yardım və xilasetmə qrupları blogerə ilkin tibbi yardım göstəriblər. Daha sonra Sara Mohseni xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.

Medianews.az

phrase_var_article.chosen
21
1
medianews.az

2phrase_var_article.sources