Rusiya prezidenti Vladimir Putin Suriyanın keçmiş prezidenti Bəşər Əsədi Moskvaya gəldikdən sonra hələ də görüşmədiyini, lakin onunla görüşü planlaşdırdığını bildirib.
News24.az xəbər verir ki, bu barədə Rusiya lideri 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Bəşər Əsəd Moskvaya gəldikdən sonra onunla hələ görüşməmişəm, amma bunu etməyi planlaşdırıram”, - deyə o qeyd edib.
Aynurə