AZ

Suriyada ölkənin ən böyük stadionunda yanğın baş verdi

Suriyanın Hələb şəhərində ölkənin ən böyük stadionu olan “Hələb Beynəlxalq Stadionu”nda yanğın hadisəsi baş verib.

Arena.az bu barədə “Al-Masry Al-Youm” dərgisinə istinadən məlumat verir.

“Hələb Beynəlxalq Stadionu” 75 min tamaşaçı tutumuna malikdir.

Mənbənin məlumatına görə, hadisəyə səbəb naməlum şəxslər tərəfindən törədilmiş yanğın olub. Yanğının səbəbləri və digər təfərrüat barədə rəsmi məlumat verilmir.

Vurğulanır ki, yanğının söndürüldüyü barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xatırladaq ki, 2012-ci ilin iyulunun əvvəlində atəşlər, partlayışlar və hava hücumları nəticəsində stadiona ciddi ziyan dəyib.

phrase_var_article.chosen
5
arena.az

1phrase_var_article.sources