AZ

Türkiyə ilə bağlı ŞOK İDDİA - Ankara terror təşkilatları ilə...

ABŞ Dövlət Departamentinin sözçüsü Türkiyə ilə terror təşkilatı PKK/YPG/SDF arasında atəşkəslə bağlı razılığın əldə edildiyinə dair açıqlama verib

Musavat.com xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri mövzuya münasibət bildirib.

“Türkiyə olaraq hər hansı bir terror təşkilatı ilə görüşməkdən söhbət gedə bilməz. Düşünürük ki, verilən açıqlama "dil sürüşməsi" olub.

Nazirlik mənbələri Suriyadakı rus ünsürlərinin Liviyaya köçürülməsi ilə bağlı mediada yayılan xəbərlərdən də danışıb:

“Hazırda Rusiyanın Suriyadakı mövcudluğu ilə bağlı qeyri-müəyyənlik var. Amma Rusiya rəsmisinin Suriyada yeni administrasiya ilə danışıqlar apardıqlarına dair açıqlamaları var. Bəzi Rusiya gəmi və sistemlərinin Liviyaya aparıldığı xəbərini də yaxından izləyirik. Onların Liviyaya daimi və ya müvəqqəti köçdüyünü zaman göstərəcək”.

Nazirlik mənbələri ABŞ-ın Suriyada terror təşkilatı PKK/YPG-yə hələ də dəstək verməsi ilə bağlı İŞİD-i əsas gətirərək aşağıdakı qiymətləndirmələri edib:

“Uzun illərdir ki, ABŞ-a eyni sözləri deyirik. İŞİD terror təşkilatına qarşı birgə mübarizə üçün öz qüvvələrimizi ayıra biləcəyimizi ifadə edirik. Amma indiyə qədər bu məsələni qulaqardı ediblər. Cənab nazirimizin dediyi kimi, son illər Suriyada İŞİD terror təşkilatının heç bir hücumu və ya fəaliyyəti nə görülüb, nə də eşidilib. Biz ABŞ-ın qarşıdakı dövrdə mövqeyini yenidən qiymətləndirməsini gözləyirik”.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr