AZ

Türkiyə Aİ-nin genişlənmə prosesilə yazılı açıqlama yaydı

 

  Avropa İttifaqının (Aİ) genişlənmə hesabatında Türkiyənin namizəd ölkə statusunu və əsas rolunu vurğulamaq düzgün və real yanaşmadır.

  Türkiyə Xarici İşlər Nazirliyi Aİ-nin genişlənmə prosesi ilə bağlı Aİ Ümumi İşlər Şurasının qəbul etdiyi illik rutin nəticələrlə bağlı yazılı açıqlama yayıb.

  Məlumatda bildirilir: "Biz Türkiyənin namizəd ölkə statusunun və nəticələrdə əsas rolunun vurğulanmasını düzgün və realist yanaşma kimi qiymətləndiririk. Xüsusilə, Yüksək Səviyyəli İqtisadi Dialoq görüşlərinin bərpasını və Avropa İnvestisiya Bankının Türkiyəyə qayıtmasını alqışlayırıq.

  Makroiqtisadi siyasətlərdə əldə olunan irəliləyişlərə istinad edilməsi və Gömrük İttifaqının tətbiqindən irəli gələn kommersiya problemlərinin həlli istiqamətində atılan müsbət addımların cavablandırılması vacibdir.

  Türkiyənin Şərqi Aralıq dənizində gərginliyin azaldılması səylərinin və Rusiya-Ukrayna müharibəsi kontekstində təşəbbüslərinin əhəmiyyətli qəbul edilməsi dürüst yanaşmadır.

  Bununla belə, biz Aİ-nin daxili vəziyyətlə bağlı qiymətləndirmələrini qəbul etmirik. Ölkəmizin siyasi dinamikası obyektivlikdən uzaq bir baxışdır.

  Aİ-yə üzvlük Türkiyənin strateji hədəfidir”.



Seçilən
14
1
trt.net.tr

2Mənbələr