AZ

Məmur məhkəmə zalında həbs edildi

Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri Rafiq Hacıyev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hacıyev vəzifə səlahiyyətləridən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda təqsirli bilinib.

Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda idi. Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb.

Hökmə əsasən, R.Hacıyev 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rafiq Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi  tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.

Sail Ağasəlim

phrase_var_article.chosen
43
17
qafqazinfo.az

10phrase_var_article.sources