AZ

Rusiya prezidenti: Suriyada məqsədlərimizə nail olduq

Rusiya Suriyada terror anklavının yaradılmasının qarşısını alaraq öz məqsədlərinə nail olub.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Siz Suriyada baş verən hər şeyi Rusiyanın bir növ məğlubiyyəti kimi təqdim etmək istəyirsiniz, sizi inandırım ki, bu belə deyil. 10 il əvvəl Suriyaya orada terror anklavı yaranmasın deyə gəlmişdik”.

Putinin sözlərinə görə, ümumən Rusiya məqsədinə nail olub.

Prezident qeyd edib ki, hazırda hətta Suriyada hökumət qoşunlarına qarşı döyüşən qruplar da “daxili dəyişikliklərə məruz qalıb”.

“Əbəs yerə deyil ki, bu gün bir çox Avropa ölkələri və Birləşmiş Ştatlar onlarla əlaqələr qurmaq istəyirlər. Əgər onlar terrorçudursa, ora niyə soxulursunuz?! Deməli, dəyişiblər".


Telegram kanalımız
Seçilən
8
19
yenisabah.az

10Mənbələr