Prezident bildirib ki, Əsədlə danışmağı planlaşdırır.
"Mən prezident Əsəd Moskvaya gələndən sonra onunla hələ görüşməmişəm, amma bunu etməyi planlaşdırıram" ,-o bildirib.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. "Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin "bitdiyini” açıqlayıb. Bundan sonra Bəşər Əsəd Rusiyadan sığınacaq alıb. O hazırda Rusiyadadır. Bir neçə gün öncə keçmiş prezident Rusiyaya necə getdiyini şərh edib.
Aytac
www.anews.az