AZ

"30 minlik ordu qaçdı, Hələbi 350 döyüşçü ələ keçirdi" - Putin


Hələb 350 yaraqlı tərəfindən ələ keçirilib. 30 minlik hökumət qoşunu və iranyönlü hərbi birliklər döyüşsüz geri çəkilib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa yayımlanan mətbuat konfransında bildirib.

“Silahlı müxalif qruplar Hələbə yaxınlaşdıqda şəhəri təxminən 30 min nəfərliq qoşun müdafiə edirdi. 350 silahlı şəhərə daxil oldu və hökumət qoşunları və iranyönlü adlandırılan birliklər döyüşmədən geri çəkildi, onlar sadəcə, öz mövqelərini partladıb getdilər”,- deyə o qeyd edib.

Putin qeyd edib ki, nadir istisnalar istisna olmaqla, eyni vəziyyət bütün Suriya ərazisində təkrarlanıb.

Zaur, BakuPost
Seçilən
14
bakupost.az

1Mənbələr