AZ

Metronun qapısına çarpan qadın xəstəxanada öldü

Sankt-Peterburq sakini metronun “Proletarskaya” stansiyasının foyesinə daxil olarkən xəsarət alıb.

“Fontanka”nın yazdığına görə, 39 yaşlı qadın metroda qapıya çırpılaraq xəsarət alıb. Nəticədə o, qapalı kəllə-beyin travması və başının arxasında hematoma alıb. Sankt-Peterburq metrosunun mətbuat xidməti bildirir ki, qadın binaya daxil olarkən özünü pis hiss edib və bundan sonra yıxılıb.

Metropoliten işçiləri cəld zərərçəkənə yardım edib və təcili yardım çağırıblar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın reanimasiyaya yerləşdirilib. Lakin o, bir neçə saat sonra dünyasını dəyişib. İlkin məlumata görə, ölümə səbəb damarın yırtılması olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr