Bakı. Trend:
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxilolan bir sıra ərazilərdə 110 kV-luq 6,7-ci Xırdalan hava xəttindəhəyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 20-də elektrikxətləri sifarişə əsasən açılacaq.
Trendxəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 01:00-dan saat05:00-dək 110/35/10 kV-luq “Qobu” yarımstansiyasından qidalananQobu və Hökməli qəsəbələrinin bir hissəsində elektrik enerjisininverilişində məhdudiyyət yaranacaq.
"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",-deyə məlumatdaqeyd edilib.