AZ

Kaya Kallas: “Aİ-dən Tbilisiyə siqnal göndərəcəyik”

Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bəyan edib ki, xarici işlər nazirləri bazar ertəsi Gürcüstana qarşı sanksiyalarla bağlı razılığa gələ bilməyiblər.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, Aİ-nin bu məsələ üzərində işi davam etdirəcəyini deyib: “Gürcüstan hökumətinə təzyiq göstərmək üçün daha hansı addımların atıla biləcəyini müzakirə edirik. Biz istəyirik ki, etirazçılara və müxalifətə qarşı zorakılıq tətbiq olunmasın. Biz Tbilisiyə Avropa İttifaqından çox güclü siqnal göndərəcəyik. Biz bu məsələni bazar ertəsi də müzakirə etdik. Lakin sanksiyalarla bağlı razılığa gələ bilmədik, buna baxmayaraq, biz hələ də bu istiqamətdə işləməliyik”, – deyə  Kallas Avropa Şurasının sessiyası başlamazdan əvvəl bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
8
konkret.az

1Mənbələr