AZ

Almaniya 2024-cü ildə silah satışını rekord dərəcədə artırıb

Bakı, TurkicWorld

Almaniya hökuməti, 2024-cü ilin dekabrın 17-nə qədər silah və hərbi texnikanın ixracına təxminən 13,2 milyard avro dəyərində icazə verib.

TurkicWorld xəbər verir ki, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin hesabatına görə, Almaniya hökuməti bu il xaricə təxminən 13,2 milyard avroluq silah və hərbi texnikanın satışını təsdiqləyib.

Bu, Almaniyanın silah və hərbi texnika satışında rekord bir rəqəm təşkil edir. 2023-cü ildəki satış həcmi isə 12,13 milyard avro olub.

2024-cü ildə ən çox silah və hərbi texnika satışının baş verdiyi ölkə, Ukrayna olub. Almaniya, Ukraynaya 8,1 milyard avro dəyərində silah və texnika satışını təsdiqləyib.

Ukraynanı, Sinqapur (1,22 milyard avro), Əlcəzair (558 milyon avro), ABŞ (298 milyon avro), Türkiyə (230 milyon avro) və Hindistan (224 milyon avro) izləyib.

Bundan başqa, 2024-cü ildə Almaniyanın Təl-Əvivə silah və hərbi texnika satışının 161 milyon avro olduğu bildirilir. Bu satış, Beynəlxalq Ədalət Məhkəməsində, Nikaraquanın İsrailə silah tədarükü ilə əlaqədar iddia qaldırması fonunda diqqət çəkib.

Qeyd edək ki, Almaniya, 2023-cü ildə İsrailə 327 milyon avro dəyərində silah və hərbi texnika satışı təsdiqləmişdi, bu isə 2022-ci illə müqayisədə 10 dəfə artım deməkdir.

Seçilən
25
13
turkic.world

10Mənbələr