Rusiyanın Suriyadakı bazalarını tərk edib-etməyəcəyi hələ bilinmir, bu, yeni hakimiyyətlə maraqların üst-üstə düşməsindən asılıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
“Onların (Suriyadakı ölkələrin – red.) böyük əksəriyyəti hərbi bazalarımızın Suriyada qalmasında maraqlı olacaqlarını söyləyirlər. Bilmirəm, bu barədə düşünməliyik.
“Biz özümüz qərar verməliyik ki, bu ölkədə vəziyyətə indi nəzarət edən və gələcəkdə də nəzarətdə saxlayacaq siyasi qüvvələrlə münasibətlərimiz necə inkişaf edəcək. Maraqlarımız üst-üstə düşməlidir”, - Putin belə söyləyib.
Müəllif: Mənsur Rəğbətoğlu