AZ

Almaniya Ukraynaya 20 ağır "Marder" piyada döyüş maşını verəcək

Almaniyanın "Rheinmetall" müdafiə konserni Ukraynaya daha 20 "Marder 1A3" piyada döyüş maşını (IFV) tədarük etmək üçün sifariş alıb. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Açıqlamaya görə, ilk  "Marder 1A3" piyada döyüş maşını 2023-cü ilin martında Ukraynaya çatdırılıb. Ümumilikdə, Rheinmetall artıq Ukrayna silahlı qüvvələrinə yüzlərlə Marder piyada döyüş maşını tədarük edib.

Yeni sifariş isə 2025-ci ilin birinci yarısına planlaşdırılır. 

Gülşən Şərif

Seçilən
19
bakivaxti.az

1Mənbələr