AZ

BMT: Suriyanın yenidən qurulmasını dəstəkləməyin tam zamanıdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin sözçüsü Yens Laerke bəyan edib ki, beynəlxalq ictimaiyyətin Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkənin yenidən qurulması “ruhunu” dəstəkləməyin vaxtı çatıb.

Turkustan.az xəbər verir ki, Laerke Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra baş verən hadisələr, humanitar yardım və beynəlxalq dəstək çatdırılması ilə bağlı qiymətləndirmələr edib.

Suriyada son bir neçə həftədə dramatik bir dəyişiklik olduğuna diqqət çəkən Laerke, ölkədə müharibənin başlamasından bu yana keçən 14 ildə belə bir prosesə şahid olmadıqlarını qeyd etdi.

Suriyada narahatlıqla yanaşı ümidin də çox olduğuna diqqət çəkən Laerke, BMT başda olmaqla beynəlxalq ictimaiyyətin ölkədə keçmişdə baş verənlərlə barışmalı olduğunu vurğuladı.

Aytən Yaşar/ Turkustan.az

phrase_var_article.chosen
17
turkustan.az

1phrase_var_article.sources