AZ

Putin Ukrayna ilə danışıqlara və kompromislərə hazır olduğunu açıqladı

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara və kompromislərə hazır olduğunu bəyan edib və Ukraynanın razılaşmaları rədd etdiyini vurğulayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Kreml rəhbəri 19 dekabr tarixində keçirdiyi mətbuat konfransında deyib.

"Biz həmişə demişik ki, danışıqlara və kompromislərə hazırıq. Sadəcə əks tərəf danışıqlardan imtina etdi, amma biz hər zaman danışıqlara hazırıq. Danışıqların nəticəsi isə hər zaman kompromislərdir.

2022-ci ilin sonunda İstanbulda biz əslində razılığa gəlmişdik. Və təkrarən deyirəm, Ukrayna tərəfi bu sənədi təsdiq etmişdi, ümumilikdə onunla razı idi.
Ancaq sonra nədənsə razılaşmadan imtina etdilər. Çünki sizin müttəfiqiniz Boris Conson (Böyük Britaniyanın sabiq baş naziri) gəlib dedi ki, onlara sonuncu ukraynalıya qədər mübarizə aparmaq lazımdır...

Biz hazırıq, amma qarşı tərəf həm danışıqlara, həm də kompromislərə hazır olmalıdır", - Putin bildirib.

Alpər
Seçilən
19
6
qaynarinfo.az

10Mənbələr