AZ

Putin: “Sakitlik olanda darıxırıq, hərəkətlilik istəyirik...”

Rusiya Prezidenti Vladimir Putin icytimaiyyətlə növbəti birbaşa canlı bağlantısına “hər şey sakit olanda bizə darıxdırıcı olur” ifadəsi ilə başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Vladimir Putinə hazırda dünyada baş verənlər və bu hadisələr fonunda Rusiyanın “necə ayaqda qalması və hətta inkişafını davam etdirməsi” ilə bağlı sual ünvanlanıb.

 

“Bilirsiniz, hər şey sakit, ölçülüb-biçilmiş, sabit olanda biz darıxırıq - durğunluqdur, hərəkət istəyirik. Hərəkət başlayan kimi gicgahımızda hər şey fit çalır: saniyələr və güllələr, təəssüf ki, indi hətta güllələr də fit çalır...”, - Rusiya Prezidenti deyib.

 

Qeyd edək ki, bu gün Moskvadakı “Qostini Dvor”da Vladimir Putinin 21-ci “birbaşa xətt”i başlayıb. O, ötən il olduğu kimi, bu il də yekun mətbuat konfransı ilə birləşdirilib.

 

Prezidentin ünvanına daxil olan sualların sayı iki milyonu keçib. Bir gün əvvəl, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin birbaşa xəttə hazırlığının gərgin olduğunu deyib. Putin özü isə daxil olan müraciətləri “vaqon və kiçik araba dolu problem” kimi qiymətləndirib.

 

phrase_var_article.chosen
25
3
senzor.az

4phrase_var_article.sources