AZ

Türkiyə kapitallı şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib

Bakı. Trend:

Türkiyə kapitallı “Eurotec Group” MMC-yə İqtisadiyyatNazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyininidarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentistatusu verilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla daSənaye Parkının rezidentlərinin sayı 42-yə çatıb.

Məlumata görə, yeni rezident tərəfindən Sənaye Parkının 2 hektarərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündəolan zavodun qurulması nəzərdə tutulur. İnvestisiya həcmi 9 milyonmanat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılacaq.

Qeyd olunub ki, Belçikanın qabaqcıl texnologiyasından istifadəediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazardasatışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Seçilən
21
8
az.trend.az

10Mənbələr