Bu gün UEFA Konfrans Liqasının 6-cı turu çərçivəsində "Sercle Brugge"nin qonağı olacaq Türkiyənin "RAMS Başakşehir" komandasının polşalı hücumçusu Krzysztof Piatek oyunla bağlı fikrini bölüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu oyundan qalib ayrılaraq adlarının pley-off mərhələsində yazılmasına çalışacaqlarını deyib: "Bu oyun bizm üçün final olacaq. Ümid edirəm ki, matçda qalib gələcəyik. Bu, bizim üçün çox vacib bir matçdır. Biz Belçikaya qalib gəlmək üçün gəldik. UEFA Konfrans Liqasında pley-off oynamaq istəyirik"
Fərid Aslan
MİA.AZ