AZ

“Avropa İttifaqı yeni prezidenti tanımamalıdır”- Zurabişvili

Salome Zurabişvili Belarus demokratik qüvvələrinin rəhbəri Svetlana Tixanovskaya kimi sürgündə prezident olmaq niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, Gürcüsan prezidenti bu barədə Polşanın “TVP World” telekanalına müsahibəsində bildirib.

“Gürcüstanı tərk etməkdən söhbət getmir...Belə fərziyyələr var ki, mən sürgündə olduqları vaxt tanınan Tixanovskaya kimi və yaxud Venesualının prezidenti Edmundo Qonsales kimi olacağam. Saxarov adına mükafatın verilməsi barədə də eşitmişəm. Mən bunu istəmirəm”, -S.Zurabişvili deyib.

Dövlət başçısının sözlərinə görə, hazırda Gürcüstanda ona əhali ilə birgə dəstək lazımdı.

S.Zurabişvili hesab edir ki, Avropa İttifaqı “qeyri-legitim parlamenti”n seçdiyi prezidenti tanımamlıdır. O, Aİ-nin Gürcüstanda baş verənlərə adekvat reaksiya verdiyini vurğulayıb.

“Aİ-nin edə biləcəyi şey ən azı saxta seçkilərdən sonra qeyri-legitim parlament tərəfindən seçilmiş prezidenti tanımamaqdır”, - o deyib.

Qeyd edək ki, 2018-ci ildən Gürcüstanın prezidenti olan S.Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatır. Dekabrın 14-də seçilmiş yeni prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi həmin günə təyin olunub. Dövlət başçısı səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini tərk etməyəcəyini bəyan edib.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
10
teleqraf.com

1phrase_var_article.sources