AZ

Ərdoğan: Azərbaycanın D-8-ə üzvlüyü təşkilatı gücləndirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə keçirilən D-8 11-ci Zirvə görüşündə Azərbaycanın təşkilata üzv qəbul edilməsini dəyərləndirib. 

News24.az xəbər verir ki, o, Azərbaycanın D-8-ə qoşulmasının təşkilatın güclənməsinə və təsirinin artmasına böyük töhfə verəcəyini vurğulayıb.

 "Qardaş Azərbaycana, təşkilatımıza xoş gəldin, deyirik. Azərbaycanın üzvlüyü D-8-i yalnız böyütməyəcək, eyni zamanda daha da gücləndirəcək", – deyə Ərdoğan bildirib. 

Türkiyə Prezidenti Azərbaycanın D-8-dəki fəaliyyətində uğurlar arzulayıb.


Ağa Dadaşzadə

Seçilən
15
news24.az

1Mənbələr