Rusiya lideri Putin bu gün keçirdiyi mətbuat konfransında 61 illik Baas rejiminin devrilməsi ilə bağlı şok məlumatlar çıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Putin bəzi iddiaların əksinə olaraq Rusiyanın suriyada əsla məğlub olmadığını, eyni zamanda, hərbi bazalarından tamamilə çəkilmədiklərini bəyan edib.
Putin Moskvaya qaçan Əsədlə hələ görüşmədiyini, anaq bunu planlaşdırdığını açıqlayıb: "Əlbəttə, onunla görüşəcəyəm. Planımda görüş var. Mən o zmana Suriyada qaçırılan amerikalı müxbirin aqibətini də ondan soruşacağam".
"Rusiya Suriyada məğlub olmadı. Əksinə, Suriyada hədəflərimizə çatdıq. Hə, deyim ki, Rusiya Suriyadan 4 min iranlı döyüşçünü də təxliyə etdi. Suriyadakı bütün qruplarla əlaqələrimiz var. Biz Suriyadakı Rusiya hərbi bazaları qorumaq məcburiyyətindəydik. Müttəfiqlərimizə bazalarımızı humanitar səbəblərdən istifadə etmələrinə zəmin olduğunu söylədik. Eyni şey Suriyadakı dəniz bazası üçün də keçərlidir"
F.ƏHMƏD
MİA.AZ