AZ

Ov lisenziyası niyə elektron qaydada verilmir?

"Gələcəkdə ov lisenziyalarının onlayn qaydada verilməsi planlaşdırılır".

"Ov lisenziyası ilə bağlı müraciət edənlərin əksəriyyəti regionlarda yaşayan nisbətən yaşlı vətəndaşlardır".

"Operativ Media" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib:

"Təbii ki, cavan vətəndaşlar və internet resurslarından istifadə etməyi bacaran şəxslər ov icazələrinin onlayn qaydada verilməsini istəyirlər. Lakin, bunu hamı edə bilmir və digər insanlar üçün çətinlik yarada bilər. Statistik bir yanaşmanı da təqdim etmək istərdim. Ümumiyyətlə, ov lisenziyalarının verilməsi xidməti 5 saylı ASAN Xidmət mərkəzində həyata keçirilir. Həmçinin, Nazirliyin saytında elektron xidmətlər bölməsində bu xidmətin 1-ci mərhələsi üzrə müraciət qəbulu mövcuddur. İllik statistikaya nəzər yetirdikdə, ovçuluq bileti ilə bağlı onlayn müraciətlər demək olar ki, çox az saydadır. Çoxluğun istəyini nəzərə alaraq, hal-hazırda ov icazələri onlayn qaydada verilmir. Lakin, gələcəkdə ov icazələrinin onlayn qaydada verilməsi planlaşdırılır".

phrase_var_article.chosen
16
operativmedia.az

1phrase_var_article.sources