AZ

Vyetnamda karaokedə yanğın baş verdi: 11 nəfər öldü

Vyetnamın paytaxtı Hanoyda karaokedə baş verən yanğın nəticəsində 11 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir. "Çərşənbə günü axşam Hanoyda kafedə baş verən yanğında 11 nəfər ölüb", - materialda deyilir.

Polis müəssisəni yandırmaqda şübhəli bilinən şəxsi saxlayıb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, şəxs benzindən istifadə edərək kafenin birinci mərtəbəsində yanğın törətməyə cəhd etdiyini etiraf edib.

phrase_var_article.chosen
14
1
manset.az

2phrase_var_article.sources