AZ

Rusiya Suriyadan Liviyaya hava hücumundan müdafiə sistemləri və digər silahlar ötürür - WSJ

Rusiya Suriyadakı mövcudluğunu dayandırmağa, ölkədən hərbi texnikanı çıxarmağa və onun bir hissəsini Liviyaya köçürməyə başlayıb.

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) peyk şəkillərinə və onun mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Amerika və Liviya rəsmiləri bildiriblər ki, ruslar Suriyadakı bazalardan müasir hava hücumundan müdafiə sistemlərini və digər silahları çıxararaq Liviyaya keçirməyə başlayıblar, çünki Moskva Yaxın Şərqdə hərbi mövcudluğunu saxlamağa çalışır. 

Rusiya yük təyyarələri Suriyadan Liviyanın şərqindəki Moskvanın dəstəklədiyi Liviya sərkərdəsi Xəlifə Haftarın nəzarətində olan bazalara S-400 və S-300 ələ keçirmə sistemləri üçün radarlar da daxil olmaqla hava hücumundan müdafiə avadanlığı aparıb. Rusiya həmçinin Suriyadan qoşunlarını, hərbi təyyarələrini və digər silahlarını çıxarıb.

Rusiya daha əvvəl Liviyada, o cümlədən Haftarla yaxın əlaqələri olan "Vaqner" vasitəsilə hərbi mövcudluğunu qoruyub. "Vaqnerçilər" Haftarın obyektlərindən digər Afrika ölkələrinə tranzit qovşağı kimi istifadə edirdilər.

Amerika rəsmisinin sözlərinə görə, silah sistemlərinin, o cümlədən S-400 komponentlərinin Liviyada qalacağı, yoxsa Rusiyaya qaytarılacağı hələ dəqiq deyil.

BBC daha əvvəl peyk görüntülərinə istinadən xəbər vermişdi ki, Rusiya Suriyadakı hərbi bazalarına böyük miqdarda hərbi texnika aparır və bu da onun ölkədən qismən çıxarılmasına hazırlıqdan xəbər verə bilər.

CNN adı açıqlanmayan yüksək rütbəli amerikalı məmurlara istinadən yazıb ki, Suriyadakı Tartus limanına alternativ olaraq Rusiya Benqazini, Xmeymim hava bazası isə Liviyadakı Əl-Xadimi nəzərdən keçirir.

Samir

phrase_var_article.chosen
41
7
hit.az

8phrase_var_article.sources