AZ

"Media etikası peşəkarlığın əsas meyarıdır"

"Media etikası peşəkarlığın əsas meyarıdır. İnsanların inamını itirməmək önəmlidir. “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” gözümüzdə artıq nüfuzdan düşüblər".

Missiya.Az xəbər verir ki, bunu "Media Savadlılığı" Həftəsi çərçivəsində "Dezinformasiya dövründə etibarlı məzmunun yaradılması" mövzusunda keçirilən vebinarda Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.

"Çünki yalan məlumatlarla sistemli şəkildə cəmiyyəti aldatmağa çalışırlar. İnsanlar dərk edirlər ki, onları ictimai rəylə spekulyasiya edirlər. Unutmayaq ki, jurnalist və media üçün ən böyük təhlükə onun reputasiyasının ləkələnməsidir. Dezinformasiya ilə informasiya manipulyasiyasını bir-birindən fərqləndirmək lazımdır. İnformasiya manipulyasiyasından ən nüfuzlu media subyektləri də istifadə edir. Dolğun şəkildə xəbəri yaymırlar. Fikirləri, mülahizələri, materialın bir hissəsini paylaşırlar. Çox nümunələr var: Suriyada son hadisələrdə "CNN"in apardığı işə nəzər salaq. Yalançı qəhrəmanlar düzəldirdilər. Bu spekulyasiya, manipulyasiyadır. COP29-da da həqiqətin gizlədilməsi, yalandan neqativ materiallar, yazılar hazırlayırdılar. Çox eybəcər manipulyasiya cəhdi idi. Peşəkar yalançılar unutmasınlar ki, onlar yalnız bir dəfə cəmiyyəti aldada bilərlər", - Natiq Məmmədli vurğulayıb.

O qeyd edib ki, "Media Savadlılığı" həftəsi davam edir, böyük tədbirlər keçirilir.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr