AZ

9 milyon manatlıq zavod qurulur - 120 daimi iş yaradılacaq

Türkiyə kapitallı “Eurotec Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 42-yə çatıb.

Valyuta.az xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavodun qurulması nəzərdə tutulur. İnvestisiya həcmi 9 milyon manat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılacaq. Belçikanın qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Seçilən
18
5
valyuta.az

10Mənbələr