Bu gün Dövlət İmtahan Mərkəzində psixologiya elmləri üzrə fəlsəfə doktoru Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysovanın "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimi keçirilib. TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri, millət vəkilləri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ümumtəhsil müəssisələrinin direktorları, görkəmli elm və təhsil işçiləri iştirak ediblər.Təqdimatdan əvvəl qonaqlar Dövlət İmtahan Mərkəzinin elmi-metodiki nəşrlərinin nümayiş olunduğu sərgiyə baxış keçiriblər.Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllifin müasir təlim və tədris prosesi ilə bağlı yeniliklərin təşəbbüsçüsü kimi çıxış etdiyini söyləyib. DİM sədri onun beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasındakı mühüm rolundan, rəqabətədavamlı insan resurslarının yetişdirilməsinə verdiyi töhfəsindən danışıb.Müəllif Zülfiyyə Veysova kitabının yazılma tarixi, məqsədləri haqqında geniş məlumat verib.Müəllif və müzakirələrdə çıxış edən mütəxəssislər bu kitabı müəllim və metodistlərə, təlim standartları, kurikulum, tədris vəsaiti və dərslikləri yazan müəlliflərə, qiymətləndirmə üzrə təhsil ekspertlərinə kömək edə biləcək faydalı alət kimi qiymətləndiriblər. Digər çıxışçılar – görkəmli pedaqoqlar Ənvər Abbasov və Hikmət Əlizadə də kitabın əhəmiyyəti haqqında fikirlərini bildiriblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta