AZ

Türkiyə kürd silahlılarla atəşkəs imzalayıb?

“Türkiyə Suriyanın şimalında kürd qüvvələri ilə heç bir atəşkəs imzalamayıb”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “TRT Haber” Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib.

“Türkiyə terror qruplaşmaları ilə heç bir danışıqlar aparmır. 

Dövlət Departamenti nümayəndəsinin Türkiyə ilə atəşkəs haqqında bəyanatına gəlincə, biz hesab edirik ki, bu, bir şərt idi”, - dövlət televiziyası “TRT Haber” mənbəyə istinadən bildirib.

 Mənbə vurğulayıb ki, Ankara Türkiyə və Suriyanın təhlükəsizliyini təhdid edən qruplaşmaların hər addımını izləyir və onların aradan qaldırılması üçün fəal addımlar atır.

Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı keçirdiyi brifinqdə bildirmişdi ki, Suriyanın Mənbic şəhərində ABŞ-nin dəstəklədiyi kürd qüvvələrlə Türkiyə arasında atəşkəs əldə olunub və Vaşinqton hazırda atəşkəs üzrə, xüsusilə də Kobani şəhərində irəliləmək üçün hər iki tərəflə danışıqlar aparır.

Seçilən
15
cebheinfo.az

1Mənbələr