AZ

Kənd təsərrüfatı ixracı bu məhsulların hesabına ARTDI - SİYAHI

2024-cü ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə edilib. Bir il əvvəl kənd təsərrüfat mallarının ixracı 779,1 milyon dollar olduğu halda, bu il ixracın dəyəri 845,2 milyon dollara yüksəlib.

 

Sfera.az xəbər verir ki, bu il meyvə-tərəvəz ixracı azalsa da, digər məhsullardakı ixracın artması hesabına ümumi ixrac artıb. Kənd təsərrüfatı məhsulları arasında Azərbaycana ən çox gəliri meyvə satışı gətirib.

 

Bu ilin 11 ayında meyvə satışı 438,5 milyon dollar olub. Ötən ilə nisbətən meyvə satışı 13,7 milyon dollar azalıb. Ən çox satılan ikinci məhsul qrupu tərəvəzlərdir. Tərəvəz ixrasının dəyəri 189,5 milyon dollar olub və cəmi 0,6 milyon dollar artıb.

 

Ümumilikdə, meyvə-tərəvəz ixracının dəyəri 628 milyon dollar olmaqla, 13,1 milyon dollar azalıb. Meyvə-tərəvəz ixracı cəmi kənd təsərrüfatı mallarının ixracının 74,3 faizini təşkil edib.

 

2024-cü ildə kənd təsərrüfatı məhsullarının ixracının artması, əsasən, pambıq mahlıcının satışındakı artım hesabına mümkün olub. Bu ilin 11 ayında pambıq satışı 57,8 milyon dollar artaraq 169 milyon dollara çatıb. Tütün xammalının da ixracı da artıb. Tütün ixracı 17,3 milyon dollar artaraq 22,3 milyon dollar olub. Heyvandarlıq məhsullarının ixracında artım var. Bu növ məhsulların dəyəri 4,3 milyon dollar artımla 18,3 milyon dollara çatıb.

 

Vasif

Sfera.az

 

phrase_var_article.chosen
15
sfera.az

1phrase_var_article.sources