AZ

Aydın Dəmirçi üzr istədi - VİDEO

“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi üzr istəyib.

Bakıvaxtı.az APA TV-yə istinadən xəbər verir ki, iş adamı ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəyib.

“Yaranmış diqqətsizliyi işçilərimizin qeyri-peşəkar və məsuliyyətsiz davranmağı ilə əlaqələndiririk. Bununla bağlı olaraq mən ölkə ictimaiyyətindən üzr istəyirəm. Və söz verirəm ki, bu torpaqlarda meşə ağacları əkiləcək və meşə örtüyü tam şəkildə bərpa ediləcək. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu işə artıq başlamışıq. Görülən tədbirlər, aparılan işlər barədə ölkə ictimaiyyətini mütəmadi olaraq xəbərdar edəcəyik”, - deyə o bildirib.

 

 

Seçilən
1490
10
bakivaxti.az

10Mənbələr