AZ

“Gender Əsaslı Zorakılıq Əleyhinə Mübarizə” mövzusunda əhəmiyyətli təlim və müzakirələr keçirilib - FOTOLAR

Bərdədə “Gender Əsaslı Zorakılıq Əleyhinə Mübarizə” mövzusunda əhəmiyyətli təlim və müzakirələr keçirilib.

QHT.az xəbər verir ki, 18 dekabr tarixində Bərdə BMT-nin Əhali Fondu (UNFPA) və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkil etdiyi "Gender əsaslı zorakılıq əleyhinə mübarizə" mövzusunda kaskad təliminə ev sahibliyi edib. Təlim Bərdə rayonunda gender əsaslı zorakılığın qarşısını almaq, bu məsələyə qarşı cəmiyyətin mübarizə qabiliyyətini artırmaq və onların bərabər hüquqlarının təmin olunması məqsədilə keçirilib. Təlimdə icmaların rolu, hüquq-mühafizə orqanlarının, sosial işçilərin və yerli idarəetmə strukturlarının bu məsələyə yanaşma tərzi, habelə zorakılığa məruz qalan şəxslərə dəstək mexanizmləri müzakirə olunub.

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi sayəsində tədbirə cəlb olunan orta təhsil məktəblərinin psixoloqlarına zorakılığın fiziki, psixoloji, cinsi və iqtisadi formaları izah olunub. Təlimdə iştirak edən 20 mütəxəssis qadınların və uşaqların hüquqlarının pozulması, sosial-iqtisadi inkişafın ləngiməsi, eyni zamanda psixoloji travmaların yaranması səbəbləri haqqında fikir mübadiləsi aparıb və sertifikatla təltif olunub.

phrase_var_article.chosen
34
qht.az

1phrase_var_article.sources