AZ

Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Ekspertlər sözügedən müsahibə ilə bağlı nə düşür? Hansı məqamlar diqqət çəkir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Prezidentin müsahibəsində ən diqqətçəkən məqam “bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur” sözləridir:

“Bu, hər iki dövlətin mənafeyinə uyğundur. Yəni münasibətlərin inkişafına həm Azərbaycan, həm də Rusiya töhfə verir. Digər tərəfdən, Azərbaycan və Rusiyanın ortaq tarixi əlaqələri mövcuddur. Regional əməkdaşlıq çərçivəsində əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və sabitliyə böyük töhfədir. Azərbaycan və Rusiyanın qonşu dövlətlər olması Moskvada azərbaycanlıların yaşayaraq mühüm işlər görməsi, iki dövlətin iqtisadi, mədəni əlaqələrinin dirçəldilməsi baxımından xüsusi əhəmiyyətlidir.

zeynal

Zeynal Əmrəliyev

İlham Əliyevin Rusiya telekanalına müsahibəsində səsləndirdiyi fikirlər iki ölkə arasındakı əməkdaşlığın yüksələn xətlə irəlilədiyini göstərir. Qarşılıqlı səfərlər, ikitərəfli münasibətlərin inkişafı istiqamətində atılan addımlar Rusiya və Azərbaycan arasında səmimi dostluqdan xəbər verir. Münasibətlərin inkişafı üçün geniş imkanlar var və hər iki ölkə bu fürsətlərdən yararlanmağa səy göstərir. Sözügedən münasibətlər qarşılıqlı hörmət əsasında formalaşıb”.

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Prezidentin sülh bağlı fikirlərinə diqqət çəkib:

”Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsində razılaşdırılmayan məsələlərdən birinin Bakının Minsk qrupunun de-yure buraxılması şərti ola biləcəyi gündəmdə idi. Prezident İlham Əliyev Kiselyova müsahibəsində bunu təsdiq edib. Əliyev bildirib ki, “bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Minsk qrupunun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə “dayaq nöqtəsi”nə çevrilə bilər. Ermənistan da regionda şərtlərin dəyişməsi və Azərbaycana qarşı təsir rıçağı əldə etmək ümidi ilə bu məsələdə maraqlı görünmür.

Asif0nerimanli

Asif Nərimanlı

Əliyev Kiselyova müsahibəsində Ermənistanla sülh sazişi sənədinin 17 maddəsindən 15-nin razılaşdırıldığını bildirib. Bu, sülh sazişində razılaşdırılan və razılaşdırılmayan maddələrlə bağlı Bakıdan ilk rəsmi açıqlamadır.

İndiyə qədər Ermənistan mütəmadi olaraq bu haqda danışırdı, lakin Paşinyan da daxil olmaqla erməni rəsmilər “razılaşdırılmayan maddələrin” nələri ehtiva etdiyini gizlədirdi. Əliyev isə bütün detalları açıqladı və iki maddənin nədən ibarət olduğu aydın oldu:

– Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası;

– Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin dayandırılması;

Kazan görüşündə tərəflər hər iki maddə üzrə razılaşa biləcəklərini nümayiş etdiriblər”.

Seçilən
13
turkustan.az

1Mənbələr