AZ

Azərbaycanda şəriətə uyğun ilk maliyyələşdirmə müqaviləsi imzalandı

19 dekabr 2024-cü il tarixində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası xətti Rabitəbank tərəfindənverilən ilk kreditin müqaviləsinin imzalanma mərasimi keçirilib.

Bankdan Marja.az-a verilən məlumatda bildirilir ki, "Alizadeh" MMC ilə imzalanan bu ilk müqavilə iləRabitəbank, özəl sektorun, xüsusilə kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiyaclarını qarşılamaq Azərbaycanda şəriətə uyğun maliyyə həllərinin inkişafına dəstək olmaq məqsədi güdülür.

Müqavilənin imzalanma mərasimi Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini, İdarə Heyətinin üzvü, bankın baş satış inzibatçısıOrhan GültekinAlizadeh MMC-nin direktoru Kazım Mustafazadənin iştirakı ilə keçirilib.

Orhan Gültekin öz çıxışında qeyd edib ki,"Bu müqavilə, Alizadeh MMC ilə imzaladığımız ilk kredit müqaviləsi olmaqla yanaşı, ICD-nin də Azərbaycanda maliyyə xidmətlərini genişləndirmək üçün atdığı mühüm bir addımdır".

Alizadeh MMC-nin direktoru Kazım Mustafazadə, çıxışında qeyd edib ki, "Rabitəbank ilə əməkdaşlığımız, ticarət fəaliyyətlərimizi daha da genişləndirmək və şəriətə uyğun maliyyə vasitələrindən faydalanmaq baxımından böyük imkanlar yaradır. Düşünürəm ki, Rabitəbankın və ICD-nin dəstəyi ilə əldə etdiyimiz bu maliyyələşmə imkanı bizə ölkə iqtisadiyyatına dəyər qatmağa imkan verəcək."

 

ICD tərəfindən verilən bu kredit xətti, həmçinin Azərbaycanda İslam maliyyəsinin inkişafını sürətləndirəcək və yerli sahibkarların qlobal ticarət mühitində daha da irəliləmələrinə şərait yaradacaq.

Alizadeh Rabitəbank Orhan Gültekin Kazım Mustafazadə
phrase_var_article.chosen
21
8
marja.az

10phrase_var_article.sources