Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan oyunda "Qarabağ" ilə qarşılaşan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, evdə 0:1 hesabı ilə uduzduqları oyunu belə şərh edib:
"Üzücü məğlubiyyət oldu. Son dəqiqə qolu ilə uduzduq. Artıq neçənci dəfədir eyni halla üzləşirik. "Qarabağ"dan xal ala bilərdik. Vurduğumuz qolun ofsayda görə sayılmaması mənim üçün qaranlıq qaldı. Məncə, oyundankənar vəziyyət deyildi.
Cəlal Hüseynovun məsələsi böyük ölçüdə həll olunub. Ümumiyyətlə, qış transfer dövrü üçün axtarışlarımız davam edir. Yerli oyunçu gətirmək çətindir, klublar buraxmır. Daha çox legioner transferlərinə köklənmişik. Ayrılan oyunçuların yerini mütləq doldurmalıyıq.
Leroy Mikelsi 2 ildir izləyirdim, əvvəlki klubuma transfer etmək istəmişdim. Potensilalı olan futboçudur. Bizimlə müqaviləsi var. Əgər təklif gəlsə, bəlkə fikirləşərik. Amma ümumən yaya kimi heç kimi buraxmaq fikrində deyilik. Bu oyunçuları Azərbaycan futboluna qazandıqmaq məni sevindirir.
Qış fasiləsinə gedirik. Bütün komandalar yorğundur. Amma mən futbolçularıma inanıram. "Qarabağ"la matçdan 3 gün sonra "Sabah"a qarşı oynamaq çox çətindir. Komandanın bu gün göstərdiyi oyun mənə ümid verir".
Mirağa