Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Kiminsə Eyfel qülləsini görmək istəyi Makronun möhtəşəm prezident olmağı demək deyil. Eyfel tikiləndə Makronun heç babası da yaşamırdı. Fransanın siyasətində isə Cənubi Qafqaz, Livan siyasəti iflasa uğrayıb. Aralıq dənizinin şərqində Türkiyəyə qarşı başlatdığı kampaniya fiaskoya uğrayıb. Onun okean adalarındakı torpaqlarında bütün əməllər ifşa olunub. Bunların ifşa olunmasında Azərbaycanın da rolu var. Onların da şiddəti elə bundan qaynaqlanır. Fransanın daxili məsələlərinə də baxdığımızda oradakı hakim partiya və parlament çox ciddi şəkildə Emmanuel Makron tərəfindən bloklanır. Yaxşı olar ki, Fransa ilk növbədə bunlara baxsın. Səfir xanıma isə peşəkarlıq arzulayıram".
Zeynəb Rzayeva