AZ

Fransanın səfiri özünü Emmanuel Makronun mətbuat katibi kimi aparır- ÖZƏL

"Təəssüflər olsun ki, Fransa səfirinin avantürist çıxışları davam edir. Açığı, səfirə yaraşmayan bir mövqe göstərir. Səfirin vəzifəsi ölkələr arasında münasibətləri yaxşılaşdırmaqdır. Fransanın səfiri isə özünü Emmanuel Makronun mətbuat katibi kimi aparır. Viza məsələsinə gəldikdə isə insanlar turistik olaraq da gəzmək istəyə bilirlər". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Kiminsə Eyfel qülləsini görmək istəyi Makronun möhtəşəm prezident olmağı demək deyil. Eyfel tikiləndə Makronun heç babası da yaşamırdı. Fransanın siyasətində isə Cənubi Qafqaz, Livan siyasəti iflasa uğrayıb. Aralıq dənizinin şərqində Türkiyəyə qarşı başlatdığı kampaniya fiaskoya uğrayıb. Onun okean adalarındakı torpaqlarında bütün əməllər ifşa olunub. Bunların ifşa olunmasında Azərbaycanın da rolu var. Onların da şiddəti elə bundan qaynaqlanır. Fransanın daxili məsələlərinə də baxdığımızda oradakı hakim partiya və parlament çox ciddi şəkildə Emmanuel Makron tərəfindən bloklanır. Yaxşı olar ki, Fransa ilk növbədə bunlara baxsın. Səfir xanıma isə peşəkarlıq arzulayıram".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
18
olaylar.az

1phrase_var_article.sources