AZ

Neftçalada qəribə olay: balta ilə məktəbə gəlib şagirdin anasını təhqir etdi

Neftçalada yerləşən İnteqrasiya təlimli internat gimnaziyasında insident törədən 64 yaşlı kişi həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 13-də baş verib. Neftçala sakini olan 1960-cı il təvəllüdlü İbrahim Kərimovun (soyad şərtidir) sərxoş halda əlində balta ilə məktəbə gedərək orada təhsil alan şagirdlərdən birinin atası olması və uşağın anasının ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmasına dair polisə müraciət daxil olub.

Keçirilən tədbirlərlə İ. Kərimov saxlanılaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Həmçinin məktəbdə təhsil alan şagirdin onun oğlu olmaması müəyyənləşib.

İ. Kərimovdan şikayət edən qadın bildirib ki, İbrahim uzun müddətdir onu narahat edir:

“İbrahimi əvvəldən tanıyıram, 2018-ci ildə evimin həyətində yardımçı tikililər tikdirmək üçün usta axtarırdım. Həmin vaxt mənə İbrahimin yaxşı usta olduğunu dedilər. Mən də İbrahimi çağırıb görüləcək işləri ona göstərdim. Lakin mən hər işdən gələndə İbrahimin iş görmədiyini, içib sərxoş vəziyyətdə yatdığını görəndə onu qovdum, başqa usta gətirərək işləri həmin adama gördürdüm. Həmin vaxtdan sonra İbrahim gecələr gizlin şəkildə həyətimə keçərək işıqları söndürürdü, mənə ziyan vururdu ki, görüləcək işi ona verim. 2018-ci ildə İbrahim bizə gələn qonağın avtomobilini yaşadığım fərdi yaşayış evinin həyətində yandırdığına görə 4 il azadlıqdan məhrum edildi. 2022-ci ildə həbsdən çıxandan sonra mənə bir-iki dəfə zəng etsə də, ona cavab vermədim. Bu barədə Neftçala RPŞ-yə ərizə ilə müraciət də etmişdim.

phrase_var_article.chosen
11
publika.az

1phrase_var_article.sources